Ana səhifə \ İstehsal
Çayın toplanması və qablaşdırma prosesi
Tudor markası Şri-Lankanın “Çay Evi” şirkətinə məxsusdur. Bu şirkət çay idxalına 1984-cü ildən başlamışdır. Və zamanla Şri-Lankanın ən böyük çay idxalçılarından biri olmuşdur. “Tudor Çay” keyfiyyəti və çeşidliyi ilə müştərilərin rəğbətini tez bir zamanda qazanmışdır. Və bu gün dünyanın üç qitəsində çay sevənlərin seçimidir. Tudor çayının hər zaman ən yaxşısını təqdim etmək kimi bir ənənəsi var və bu ənənəyə olduqca sadiqdir.
Məhsulun istehsal və paketlənmə prosesi onun ərsəyə gəlməsi üçün ən vacib nüanslardan biridir. Çay yarpaqları Şri-Lankanın tarlalarından toplanaraq çeşidlənir və ölkəmizə idxal olunur. Xammal Naxçıvan Muxtar Respublikasında yerləşən “Tudor Logistik və Sənaye Mərkəzi”ndə paketlənir. “Cahan Holdinq”ə məxsus bu istehsalat kompleksi ən son müasir avadanlıqlarla təchiz olunmuşdur. Peşəkar mütəxəssislərdən ibarət komandamız istehsal prosesinin bütün məqamlarına xüsusi qayğı və diqqət göstərir. Elə bu səbəbdən də Tudor markası mükəmməl dadı ilə yanaşı insanlara xoş əhval bəxş edir.
İstehsalat sahəsi
“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqı tərəfindən yaradılan “Tudor Logistika və Sənaye Mərkəzi” əhalinin zəruri ərzaq məhsullarına olan tələbatının ödənilməsində mühüm rol oynayan regional sənaye müəssisələrindən biridir. İllik istehsal gücü 4880 ton olan müəssisədə qənd, şəkər tozu, dənli bitkilərin və çayın qablaşdırılması olmaqla, ümumilikdə, 57 çeşiddə məhsul istehsal olunur. 11 800 kvadratmetrlik sahəni əhatə edən “Tudor Logistika və Sənaye Mərkəzi”ndə 3 istehsal sahəsi ilə yanaşı, hazır məhsul və xammal anbarı, yeməkxana, 5 iş otağı, iclas zalı, laboratoriya və digər xidmət otaqları da mövcuddur. Mərkəzdə yaradılan anbarda strateji ərzaq məhsullarının saxlanılması təmin edilir.