Ana səhifə \ Haqqımızda

Haqqımızda

“CAHAN ÇAY” MMC 2006-cı ildən etibarən “Cahan Sənaye Kompleks”inin tərkibində fəaliyyətə başlayıb. “TUDOR” çay markasının xammalı “CAHAN Çay” MMC tərəfindən ölkəmizə idxal olunur. Müəssisənin xammal aldığı ölkələrdən biri də Şri-Lankadır. Bu adada artıq uzun illərdən bəri dünyanın hər bir yanına çay idxal olunur. O ölkələrdən biri də vətənimizdir.

Dünyada ən çox çay sevən xalqlardan biri də Azərbaycan xalqıdır. Ölkəmizdə çay mədəniyyəti olduqca zəngindir, çaya olan sevgimiz haqqında isə ağız dolusu danışmaq olar. Məhz buna görə də, Azərbaycan xalqının çay sevgisinə layiq olan “TUDOR” markası ekspertlər tərəfindən seçilən xüsusi çay yarpaqlarından ibarətdir.